Ağ evin məlumatına görə, Tramp-Putin görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Alyaskada Ukraynaya dəstək aksiyası
Ankoricdə ABŞ və Rusiya prezidentlərinin sammiti ərəfəsində Ukraynaya dəstək və Vladimir Putinin gəlişinə qarşı mitinq keçirilib. BBC xəbər verir ki, aksiyada bir neçə yüz adam iştirak edib.
"Anchorage Daily News"un məlumatına görə, Alyaskada minə yaxın ukraynalı qaçqın yaşayır.
Tramp Ukraynada dərhal atəşkəsin mümkünlüyünə şübhə edir
ABŞ prezidenti Donald Tramp Alyaskadakı görüşün Ukraynada dərhal atəşkəs haqqında razılaşmaya gətirib çıxaracağına əmin deyil. Bu barədə o, avqustun 14-də "Fox News"a müsahibəsində bildirib.
"Mən dərhal atəşkəsə nail olacağımıza əmin deyiləm, amma düşünürəm ki, bu baş verəcək. Bilirsiniz, dərhal sülh razılaşması, sülhün sürətli əldə edilməsi məni daha çox maraqlandırır", - Tramp deyib. O, Putinlə danışıqların uğursuz olması ehtimalını 25 faiz qiymətləndirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, irəli qaçmaq və nəticələri proqnozlaşdırmağa çalışmaq səhv olardı. Onun sözlərinə görə, Alyaskada Rusiya-Amerika sammitinin yekunlarına dair hər hansı sənədin imzalanması planlaşdırılmır: "Gözlənilmir, heç nə hazırlanmayıb və çətin ki, burada hər hansı sənəd olsun".
'Tramp yolu' Putinlə Trampın masasında – 'Qafqaz üçün yeni Ukrayna ssenarisi...'
Putin və Trampın Alyaskada planlaşdırılan görüşündən gözləntilər nədir? Azərbaycan və Ermənistan arasındakı Vaşinqton razılaşması da masada varmı? Təhlilçilər bunu istisna etmirlər.