ABŞ və Rusiya prezidentlərinin avqustun 15-də Alyaskada keçirilməsi planlaşdırılan görüşü Avropanı təlaşlandırıb.
Nizama Heçimoviç - bu ad bir çox bosniyalıya tanışdır. Nizamanı 2023-cü il avqustun 11-də Bosniya-Herseqovinanın kiçik bir şəhərində keçmiş sevgilisi qətlə yetirib. Qatil daha iki nəfəri öldürüb, birini yaralayıb, sonra isə özünə qəsd edib.
Samira Qırğızıstanın şimalında, yaşadıqları Çuy vilayətindən 16 yaşlı qızını Rusiyanın Tatarıstan Respublikasında nüfuzlu bir məktəbdə oxumağa göndərmək üzrə idi. Ancaq onun xəbəri yox idi ki, həmin məktəb Rusiyanın Ukraynaya hava hücumlarında istifadə etdiyi döyüş dronları istehsal edir.
Müşahidəçilər hesab edir ki, bu gün - 8 avqustda Ağ evdə keçiriləcək görüş prezident Tramp üçün Nobel Sülh Mükafatına namizədliyini gücləndirmək baxımından əhəmiyyətli bir fürsət ola bilər.
İyulun 31-də keçirilən mətbuat konfransında Qazaxıstan baş nazirinin birinci müavini Roman Sklyar Çinin Qazaxıstanın üçüncü atom elektrik stansiyasını tikəcəyini elan edib. Bununla da Pekinin Mərkəzi Asiya ölkəsinin nüvə gələcəyinə artan təsiri daha da dərinləşir.
ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün Kremlə verdiyi müddətin bitməsi ərəfəsində (8 avqust) Vaşinqton Moskvanı iqtisadi cəhətdən sıxışdırmağa çalışır və bunun üçün yeni hədəf tapıb: Rusiyanın Çinə neft satışı.
Almaniya yaxın günlərdə iki "Patriot" kompleksinin Kiyevə göndəriləcəyini elan etsə də, bu razılaşmanın qarşıdakı aylarda Ukraynanın həqiqi ehtiyaclarını ödəyib-ödəməyəcəyi ilə bağlı suallar hələ də qalır.
Qadınların metro qatarları sürməsinə 2017-ci ilə qədər icazə verilməyib.
ABŞ-nin Əfqanıstandakı dəstək səylərini qiymətləndirmək məqsədilə 2008-ci ildə yaradılmış qurum Konqresə 68-ci və son rüblük hesabatını təqdim edib.
Ukraynada artan itkilərlə üzləşən Rusiya hökuməti, görünür, tükənmiş hərbi qüvvələrini gücləndirmək üçün məhkumları, çağırışçıları, ölkənin uzaq regionlarından olan etnik azlıqları, eləcə də orta asiyalı miqrantları hədəf alan məcburi səfərbərlik taktikasını daha da gücləndirir.
Onları dövlət orqanları çağıraraq mobil rabitə xidmətlərinə yenidən çıxış əldə etmələri üçün müxtəlif şərtləri yerinə yetirməyi tapşırıblar
"İş tapa bilmədim. Uşaqlarımı yedizdirmək üçün çörək də almağa pulum yox idi".
Davamı