Sülh sazişi paraflandı. Cənubi Qafqazda təhlükəsizlik sualları qalır
"Bu, hələ də Azərbaycanın təkid etdiyi koridordurmu? Qaydalar, tənzimləmələr necə olacaq? Sərhədlər necə açılacaq? Bu məsələlər həllini tapıbmı?".
Əliyev: Ermənistanın ev tapşırıqları var
"Bu gün Ağ evdə paraflanan sülh sazişi, əminəm ki, artıq bölgəyə sülh gətirib". Bunu prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Amma vurğulayıb ki, Ermənistanın ev tapşırıqları da var: "Bildiyiniz kimi, onların Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi imkan vermədi ki, bu gün sülh sazişi imzalansın. Amma bu dəyişikliklər ediləndən sonra sülh sazişi istənilən vaxtda imzalana bilər".
Ağ evdə sülh sammiti
Avqustun 8-də Vaşinqtonda
İ.Əliyev, D.Tramp və N.Paşinyanın görüşünə dair Birgə Bəyannamə,
Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu,
Ermənistan və ABŞ arasında "Sülh yolayrıcı" layihəsinin potensialının inkişafı, süni intellekt və yarımkeçiricilər, habelə enerji təhlükəsizliyi sahəsində tərəfdaşlıq haqqında üç anlaşma memorandumu
imzalanıb.